Son sutka ərzində İranda koronavirusa 6 min 16 nəfər yoluxub, 86 nəfər isə vəfat edib.
Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari deyib. Bildirib ki, ümumilikdə İranda yoluxanların sayı 1 milyon 330 min 411 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 803-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 5 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 1 milyon 119 min 137 xəstə sağalaraq evə buraxılıb.