Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 13 FETÖ terrorçusu saxlanılıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda qanunsuz yollarla ölkə ərazisini tərk etmək istəyən 13 FETÖ terrorçusu ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, Marmaris Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan terrorçuların qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Saxlanılan terrorçulardan 11-i həbs edilib. Onların arasında FETÖ ilə əməkdaşlıqda şübhəli bilinərək işdən azad olunan və araşdırmaları davam edən hərbçi, polis və müəllimlər də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məsut Özil İstanbula gəlib –

Sonrakı məqalə

İranda son sutka ərzində koronavirusdan 86 nəfər ölüb