İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 217 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 14 405 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 414 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 276 202 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 175 217 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 583 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.