İranda son sutkada koronavirusdan 168 nəfər vəfat edib

18 Avqust 2020 - 14:09

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 168 nəfər vəfat edib.

Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19972 nəfərə çatıb.