İranda yenə də avtobus aşdı-Xeyli ölən və yaralanan var

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Bərdsir rayonunda Məşhəd-Bəndər Abbas avtobusunun aşması nəticəsində 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Kirman vilayətinin Fövqəladə Hallar və Təcili Tibbi Yardımlar üzrə Mərkəzinin direktoru Məhəmməd Saberi deyib.

O bildirib ki, həlak olanların 5-i qadın, ikisi isə kişidir.

Mərkəz rəsmisi hadisə nəticəsində 31 nəfərin yaralandığını deyib.

Saberi əlavə edib ki, yaralılar xəstəxanalara yerləşdiriliblər və onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisənin yolun qarlı və sürüşkən olması nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, 9 yanvarda İranın Mazandaran vilayətində avtobusun dərəyə aşması nəticəsində 20 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət büdcəsindən siyasi partiyalara iki aylıq maliyyə yardımı verilib

Sonrakı məqalə

Pişik “O səs Türkiyə”nin çəkiliş studiyasına girdi, ortalıq qarışdı –