Pişik “O səs Türkiyə”nin çəkiliş studiyasına girdi, ortalıq qarışdı –FOTO

Reytinqləri alt-üst edən TV8-də yayımlanan “O səs Türkiyə” musiqi yarışmasında maraqlı anlar yaşanıb.

Müsabiqənin çəkilişləri zamanı studiyaya pişik girib. Studiyada oturan tamaşaçılar ilə birlikdə müsabiqənin məşhur jüri üzvləri Murat Boz, Hadisə, Beyaz Öztürk və Seda Sayan təəccüblərini gizlədə bilməyiblər.

Pişiyi studiyadan kənarlaşdırmağa çalışsalar da o, məkanı tərk etməyib.

Murat Boz pişiyə yaxınlaşmaq istəyəndə o, Hadisənin yanına gəlib. Proqramın aparıcısı Acun Ilıcalının “Pişik Hadisənin komandasını seçir” cümləsi isə izləyicilərin üzünü güldürüb. Beləcə, pişik gərgin seçim turunun abu-havasını dəyişərək, müsbət aura bəxş edib. (oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda yenə də avtobus aşdı-

Sonrakı məqalə

Zaqatalada 92 yaşlı qadın evdə partlayış törətdi