Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həyatını itirən Orxan Əsgərovla bağlı bir sıra nüanslar məlum olub.
Əslən Gəncədən olan şəhidimiz tanınmış həkimin oğludur. Orxanın atası Rizvan Əsgərov Gəncə şəhər 1-saylı Pediatriya Xəstəxanasının baş həkimidir. R.Əsgərov uzun illərdir bu sahədə çalışır.
Orxan özü isə ABŞ-də təhsil alıbmış. Ailəli imiş, 2 övladı var.
Bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb. (Qafqazinfo)