İrandan atılan daha bir raket Türkiyə səmasında zərərsizləşdirilib

Raket
Raket

İrandan buraxılan daha bir raketin Türkiyənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edildiyi ilə bağlı məlumat yayılıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi mənbələrdən əldə edilən məlumata görə, İran istiqamətindən gələn raket yaşayış məntəqələrinə çatmadan yüksək hündürlükdə zərərsizləşdirilib.

Müdaxilə zamanı hər hansı partlayış və ya insan itkisi baş vermədiyi, HHM sistemlərinin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi bildirilib.

Lakin sözügedən raket hücumu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.