İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.

Bunu mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, İrandan “Sədərək” Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir:

“Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir”. (Trend)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir