“İranın 5 nüvə bombası istehsal etmək üçün uran ehtiyatı var” –İsrailin müdafiə naziri

“İran 5 nüvə bombası istehsal etməsi üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir”.

Azpost.info “The Times of Israel” nəşrinə istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Yohav Qalant Yunanıstanlı həmkarı Nikolos Panagiotopoulosla görüşdə deyib.

“Özümüzü yanıltmayaq: İran bir atom bombası düzəltməklə kifayətlənməyəcək. İndiyə qədər Tehran uranı 60%-ə qədər zənginləşdirib. Bu da beş nüvə bombası istehsal etmək üçün kifayətdir”, – deyə İsrailin müdafiə naziri bildirib.

Qalant xəbərdarlıq edib ki,  Tehranın uranı 90%-ə qədər zənginləşdirməsi böyük səhv olar və və regionu alovlandıra bilər”.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident Xudafərin qəsəbəsinin təməlini qoyub

Sonrakı məqalə

Cəbrayılın Şükürbəyli kəndinin təməli qoyulub