İran Almaniyanın 2 diplomatını ölkədən qovdu- XİN-dən AÇIQLAMA

İran hakimiyyəti Tehranın daxili işlərinə qarışması ilə əlaqədar Almaniyanın iki diplomatını “persona non-qrata” elan edib.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Kənani Almaniya hökumətinin İran İslam Respublikasının daxili və məhkəmə işlərinə müdaxiləsini məsuliyyətsizlik və arzuolunmaz hal kimi qiymətləndrib.

O qeyd edib ki, İran bu cür müdaxilələrə qarşı qətiyyətlə cavab verəcək: “İran hörmət mühitində qarşılıqlı fəaliyyətin tərəfdarıdır. Lakin bəzi tərəflər ölkənin prinsiplərinə və milli suverenliyinə məhəl qoymasalar, layiq olduqlarını görəcəklər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.