İranda güclü partlayış baş verib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Partlayış ölkənin cənubundakı Bəndər Abbas şəhərində, Şəhid Rəcai limanında baş verib.
Hörmüzqan Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin baş direktoru xəbəri təsdiqləyib.
Dağıntılar və itkilər barədə məlumat yoxdur.
Şəhid Rəcai limanı İranın həyati və strateji əhəmiyyətli limanlarından biridir.
**
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
**
İranda partlayış nəticəsində azı 4 nəfər ölüb.
Bu barədə “Tasnim” məlumat yayıb.
Partlayış nəticəsində yaralananların sayının 561 nəfərə çatdığı bildirilir.
İlkin məlumata görə, partlayış kimyəvi maddələr olan anbarda baş verib. Yanacaq çəninin partladığı bildirilir.