İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına hərbi hücumu nəticəsində 12 amerikalı hərbçi yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir.
Azpost.info bildirir ki, bu barədə ABŞ rəsmisi cümə günü Reuters agentliyinə bildirib.
Son rəqəmlərə görə, 28 fevralda İrana qarşı müharibə başlayandan bəri 300-dən çox ABŞ hərbçisi yaralanıb.
Cümə günü ABŞ ordusu onlardan 273-nün artıq xidmətə qayıtdığını açıqlayıb.
Münaqişə nəticəsində ümumilikdə 13 ABŞ hərbçisi həlak olub.