İranın ilk prezidenti Əbülhəsən Bənisədr vəfat edib

İranın ilk prezidenti Əbülhəsən Bənisədr vəfat edib.

Azpost.info bildirir ki, sabiq prezident Parisdə müalicə olunduğu xəstəxanada 88 yaşında dünyasını dəyişib.

Bənisədr 22 mart 1933-cü ildə Həmədanda doğulub.

1960-cı illərdə Şaha qarşı tələbə etirazlarında iştirak edib. İki dəfə həbs edilib. 1964-cü ildə Fransaya qaçıb. Orada mühacirətdə olan Xomeyninin islam müxalifətinə qoşulub. Bənisədr Xomeyninin ən yaxın ətrafı sayılan “dördlüyə” daxil olub. (Abbas Əmi İntizami, Sadiq Qütbzadə, İbrahim Yəzdi) 17 il Fransada oxuyub və çalışıb. Sorbonna Universitetində doktorluq dərəcəsi alıb.

1979-cu ilin fevralında Xomeyni ilə  bir yerdə İrana qayıdıb və İslam İnqilab Şurasının üzvlüyünə daxil edilib. 1979-cu ilin noyabrında iqtisadiyyat və maliyyə naziri təyin edilib. Ölkənin yeni konstitusiyası layihəsinin hzırlanması üzrə ekspert Şurasına seçilib.

25 yanvar 1980-ci ildə keçirilən seçkilərdə 76, 5 faiz səs toplayaraq 4 il müddətinə İranın prezidenti seçilib. Bənisədr ruhani elitasının nümayəndəsi sayılmırdı.

Tezliklə Xomeyni ilə Bənisədr arasında münasibətlər pisləşməyə başlayıb. Xomeyni Bənisdəri İran-İraq müharibəsində orduya adekvat rəhbərlik edə bilməməkdə ittiham edir və ali baş komandan səlahiyyətlərini ondan alır.

21 iyun 1981-ci ildə parlament Bənisədrə islam ruhanilərinə qarşı fəaliyyət ittiihamı ilə  impiçment proseduru tətbiq edir.  22 iyunda Xomeyni Bənisədrin İran prezidenti kimi səlahiyyətlərinə son verilməsi barədə fərman imzalayır.

Bir neçə həftə gizlənən Bənisədr 29 iyulda İrandan qaça bilir. Fransada ictimai fəaliyyətlə məşğul olub. İran hakimiyyətinə qarşı məqalələri içə çıxış edib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Ekspo Mərkəzində Milli Qəhrəmana həsr olunan kitabın təqdimatı olub –

Sonrakı məqalə

Husilər Səudiyyə Ərəbistanında hava limanını PUA ilə vurdu –