İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətibi öldürülüb.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.
“Gün ərzində İran və Hizbullaha qarşı apardığımız müharibədə əhəmiyyətli sürprizlər gözlənilir”, – o əlavə edib.
Katzın sözlərinə görə, İranda zərbələrin intensivliyi artır: “Həlledici mərhələnin ortasındayıq”.