“İranın Naxçıvana endirdiyi zərbə Azərbaycanın suverenliyinin pozulmasıdır” –BMT Baş katibinin sözçüsü

İranın Naxçıvan Muxtar Respublikasına endirdiyi zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır.

Azpost.info bildirir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ Report Bürosunun sualına cavab olaraq bildirib.

O, Baş katibin zərbə ilə bağlı narahatlığını ifadə edib: “Biz Azərbaycan ərazisinə pilotsuz təyyarə hücumundan dərin narahatlıq keçiririk və ciddi şəkildə həyəcan keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır”, – deyə o bildirib.

Dujarrik İranı beynəlxalq hüquqa və BMT qanunlarına riayət etməyə çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.