Prezident Həsən Ruhani İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyaları cəfəngiyat adlandırıb.
APA-nın xəbərinə görə, bu barədə bu gün H.Ruhani İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
“İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar növbəti cəfəngiyatdır”, – deyə İran Prezidenti vurğulayıb.
Ruhani Böyük Britaniyanın Baş Naziri Boris Consonun İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının “Tramp sazişi” ilə əvəzlənməsi təklifinin perspektivinə şübhə ilə yanaşdığını qeyd edib: “Mən bilmirəm ki, Boris Conson bunu necə etməyi planlaşdırır. O, Hərtərəfli Birgə Fəaliyyət Planının əvəzinə “Tramp sazişi”nin reallaşdırılmasından danışır. Tramp beynəlxalq müqavilələri pozmaqdan başqa nə edə bilər ki?”