“Sanksiyalar nəticəsində İran iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib”- Zərif

ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran iqtisadiyyatına yüz milyardlarla dollar ziyan dəyib.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Delhidə “Raisina dialoqu” beynəlxalq konfransında iştirak edən İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“İran iqtisadiyyatı son iki ildə ciddi itkilərə məruz qalıb ki, burada yüz milyardlarla dollardan söhbət gedir”, – deyə İran XİN başçısı vurğulayıb.

O qeyd edib ki, bununla belə rəsmi Tehran ABŞ-la danışıqların aparılmasında maraqlı deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məmuru intim görüntüləri ilə şantaj edənlərə hökm oxunub

Sonrakı məqalə

“İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar cəfəngiyatdır”