“İranın nüvə proqramını məhdudlaşdırmaqda maraqlı deyilik” –Trampın xüsusi nümayəndəsi

Steve Witkoff
Steve Witkoff

“Vaşinqton İranın nüvə proqramını məhdudlaşdırmaqda maraqlı deyil. Əksinə, Tehrana Obama dövründə imzalanmış nüvə sazişinə uyğun gələn 3,67% səviyyəsində uranı zənginləşdirməyə davam etməyə imkan vermək istəyir”.

AzPost bildirir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff Fox News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ həmçinin İranın raket proqramını müzakirə etməkdə maraqlıdır. Bu, ilkin nüvə sazişində olmayıb. İran  bu məsələnin müzakirəsinə razı olmayacağını dəfələrlə vurğulayıb.

ABŞ zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə, çox güman ki, Rusiyaya təhvil vermək təklif  edir. İranın bu təklifə qarşı çıxacağı gözlənilir.

“The Wall Street Journal”ın məlumatına görə, bu məsələ şənbə günü Omanda keçirilən danışıqların birinci raundunda artıq qaldırılıb. İran israr edir ki, zənginləşdirilmiş uranı MAQATE-nin yaxından nəzarəti altında İranda qalacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.