“İranın nüvə silahı proqramına dair sübut yoxdur” –Beynəlxalq Atom Enerjisi Agentliyi

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri İranın nüvə silahı proqramına malik olduğuna dair sübutlar tapmayıblar”.
Bunu BAEA-nın baş direktoru Rafael Qrossi “Bloomberg”ə açıqlamasında deyib.
Eyni zamanda o, hələ də narahatlıq üçün əsasların mövcud olduğunu vurğulayıb:
“Biz müfəttişik, siyasi analitik və ya hökumət rəsmisi deyilik. Ona görə də nüvə silahının yaradılması üzrə aktiv proqramın mövcudluğunu bəyan etmək üçün bizə konkret dəlillər lazımdır. Bu cür sübutlara indiyədək rast gəlməmişik”, – Qrossi bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.