İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik –ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə ərazisinə atdığı raketlə bağlı Ankaranın mövqeyini bir daha açıqlayıb.

Ərdoğan bu barədə çıxışında danışıb.

O bildirib ki, baş verən hadisə ilə bağlı Türkiyənin həssas mövqeyi açıq şəkildə qarşı tərəfə çatdırılıb.

“Dünən baş verən hadisə ilə bağlı həssaslığımızı çox açıq şəkildə göstərdik və bunun təkrar olunmaması üçün lazımi xəbərdarlıqları etdik. İlk gündən bəri sülh üçün göstərdiyimiz səylər ortadadır. Heç kim qonşuluq və qardaşlıq hüququna zərər verən yanlış mövqe tutmamalıdır”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan əlavə edib ki, Türkiyə hər cür təhdidə qarşı müttəfiqləri ilə birlikdə hərəkət edəcək./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.