İranın tanınmış futbolçusu Əli Ənsarian koronavirusdan vəfat edib

03 Fevral 2021 - 18:21

İranın tanınmış futbolçusu Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

Ə. Ənsarian İranda koronavirusdan vəfat edən ikinci tanınmış futbolçudur. 

Qeyd edək ki, Əli Ənsarian uzun müddət Tehranın “Persepolis” klubunda çıxış edib. O, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilib.(APA)