Ötən gün Azərbaycanda 2 şagird, pedaqoji heyətdən 7 nəfər koronavirusa yoluxub

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 10 olub, hərarəti 37 dərəcədən yuxarı olan işçi olmayıb.

Son sutka ərzində koronavirusa yoluxan ibtidai sinif (I-IV) sayı 2, işçi heyətinin sayı isə 7 olub. Məktəbəqədər hazırlıq qruplarında virusa yoluxmuş uşaq olmayıb.

Son sutka ərzində əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 684 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda Şəhid Qalib Nuruzadənin atası vəfat etdi

Sonrakı məqalə

İranın tanınmış futbolçusu Əli Ənsarian koronavirusdan vəfat edib