İranın tarixində ikinci ən böyük neft yatağı kəşf edildi- Neft həcmi 22 milyard barreldir

Yeni kəşf olunan neft yatağı İranın tarixində ikinci ən böyük neft yatağıdır.

Bunu İranın neft naziri Bijən Zəngənə yeni neft yatağının aşkarlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

B.Zəngənənin sözlərinə görə, qeyd olunan neft yatağı İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Bostan və Omidiyyə şəhərləri arasında Namavəran neft yatağındadır. O, əlavə edib ki, bu yatağın neft həcmi 22 milyard barreldir.

Qeyd edək ki, ötən gün İran Prezidenti Həsən Ruhani İranda 53 milyard barrel nefti olan yeni neft yatağının aşkarlandığını elan etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir