Xamenei
“Tehranın siyasəti ABŞ-ın İranla qonşu olan üç dövlətdə – İraq, Livan və Suriyada məğlub olmasına gətirib çıxardı”.
Azpost.info xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib.
Onun sözlərinə görə, İran Şimali Afrikada öz təsirini gücləndirmək üçün heç bir səy göstərmədi: “Lakin Tehranın İraq, Livan və Suriyadakı siyasəti uğurlu oldu və bu üç dövlətdə ABŞ-ın məğlubiyyətinə səbəb oldu”.
“İrana qarşı təcavüzə başlamazdan əvvəl ABŞ qonşu ölkələri İranın strateji dayağı hesab edərək onları iflic etmək niyyətində idi. Hələ 2006-cı ildə Vaşinqton İraq, Suriya, Livan, Liviya, Sudan və Somalidə hakimiyyət dəyişikliyini planlaşdırmışdı”, – Xamenei bildirib.
Azpost.info
