İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycanın işğaldan azad edilmiş rayonları ilə sərhəd olan ərazilərə gəlib.
Azpost.info İRNA-ya istinadən bildirir ki, o münaqişə tərəflərini İran bəndlərini və elektrik qurğularını top mərmilərindən mühafizə etməyə çağırıb.
Əraqçi deyib ki, İranın Araz çayında böyük su anbarı və SES-i var. Nazir müavini bildirib ki, İranın bu obyektləri iki şimal qonşusu arasında olan münaqişədən zərər görməməlidir.
Əraqçi Mil-Muğan düzündən Ərdəbilə gəlib. Daha sonra Şərqi Azərbaycan vilayətinə gedib.
Bundan əvvəl SEPAH ordusu Azərbaycan və Ermənistanla sərhəd şəhərlərinə yeridilib.