İranın Xarici işlər nazirinin müavini Zəngilan və Cəbrayılla sərhədə gəlib

İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycanın işğaldan azad edilmiş rayonları ilə sərhəd olan ərazilərə gəlib.  

Azpost.info İRNA-ya istinadən bildirir ki, o münaqişə tərəflərini İran bəndlərini və elektrik qurğularını top mərmilərindən mühafizə etməyə çağırıb.

Əraqçi deyib ki, İranın Araz çayında böyük su anbarı və SES-i var. Nazir müavini bildirib ki, İranın bu obyektləri iki şimal qonşusu arasında olan münaqişədən zərər görməməlidir.

Əraqçi Mil-Muğan düzündən Ərdəbilə gəlib. Daha sonra Şərqi Azərbaycan vilayətinə gedib.

Bundan əvvəl SEPAH ordusu Azərbaycan və Ermənistanla sərhəd şəhərlərinə yeridilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı

Sonrakı məqalə

Kreml Türkiyənin Qarabağ danışıqlarında iştirak imkanına münasibət bildirib