On üç yaşdan kiçik uşaqlar üçün “Instagram” versiyası yaradılacaq

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” 13 yaşdan kiçik uşaqlara fotoşəkil mübadiləsi üçün “Instagram” servisinin versiyasını yaradacaq.

Bloomberg agentliyi xəbər verir ki, bu barədə “Facebook” kompaniyası məlumat yayıb.

“Biz uşaqların dostları ilə əlaqə saxlaması, özləri üçün yeni əyləncə, maraqlar və başqa məşğuliyyətlər tapması üçün “Instagram” əlavəsinə valideyn nəzarəti sistemini gətirməyi planlaşdırırıq”, – deyə “Facebook” nümayəndəsi Co Osbornun bəyanatında bildirilir.

Analoji texnologiya “Facebook” şəbəkəsinin özündə də mövcuddur. “Messenger Kids” adlanan sistem əsas əlavənin versiyasıdır və yalnız yeniyetmələrin sosial şəbəkədə mesaj mübadiləsi üçün nəzərdə tutulub. “Instagram” əlavəsində də yaş məhdudiyyəti nəzərdə tutulur – istifadəçi 13 yaşdan böyük olmalıdır.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin əsası 2004-cü ildə Mark Sukerberq tərəfindən qoyulub. Mənzil-qərargahı Kaliforniya ştatının Menlo-Park şəhərində yerləşir. “Messenger”, “WhatsApp” və “Instagram” servisləri də bu kompaniyaya məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Yunanıstan səfirini qəbul edib –

Sonrakı məqalə

İranın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir