İranın XİN rəhbəri səs yazısı qalmaqalından sonra ilk açıqlamasını verib

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif orduyla diplomatiya arasında “ağıllı uyğunlaşdırma” tərəfdarı olduğunu deyir. O, səs yazısı qalmaqalından sonra ilk açıqlamasını verib.

Həmin səs yazısında Zərif deyir ki, İran ordusu və nüfuzlu İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) diplomatiyaya çox təsir göstərir.

Zərif aprelin 28-də Instagram-da yazıb ki, həmin audiodakı fikirlərində “əsas məqam” “bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır.

O, “hüququ strukturlar vasitəsilə və ali dini liderin rəhbərin nəzarəti altında prioritetlər müəyyənləşdirməyin” vacibliyini də vurğulayıb.

“Diplomatiyanı orduya qurban vermişəm”

Zərifin səsyazısı aprelin 25-də İrandan kənarda olan media orqanlarında yayılıb, mühafizəkar media və siyasətçilərin kəskin reaksiyasını doğurub.

“İslam respublikasını idarə edən hərbi sahədir. Mən diplomatiyanı ona xidmət edən sahəyə deyil, orduya qurban vermişəm”, – Zərif üç saatlıq audioyazıda deyir. Onun sitatlarını “The New York Times” dərc edib.

Zərif səsyazısında mərhum general mayor Qasım Süleymaninin xarici siyasət üzərindəki nüfuzundan gileylənir. Nazir eyham vurur ki, İİKK komandiri Süleymani 2015-ci ildə Rusiyayla əlbirliyə getməklə İranın dünya gücləri ilə nüvə sazişini pozmağa çalışıb.

Süleymani 2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ-ın dron zərbəsilə öldürülüb. O zaman Birləşmiş Ştatlar və İran müharibə həddinə çatmışdı.

Zərif Instagram postunda “diplomatiya və hərbi sahənin sinerji ehtiyacına dair gizli nəzəri söhbətin… daxili çəkişməyə çevrilməsini” pisləyib.

“Özəl ortamda səmimi və çılğın arqument şəxsi tənqid kim yozulub”, – nazir yazır. (Azadlıq Radiosu)

Cinayət işi açılıb

Bir gün öncə isə hökumətin sözçüsü elan edib ki, Prezident Həsən Ruhani Kəşfiyyat Nazirliyinə “oğurlanmış” səsyazısını kimin sızdırdığını müəyyənləşdirmək göstərişi verib, sızdırmanı “hökumətə, sistemə, effektiv daxili qurumların bütövlüyünə, eləcə də dövlət maraqlarımıza qarşı sui-qəsd” adlandırıb.

Xarici İşlər nazirliyi səsyazısının “selektiv” montaj olunduğunu, yeddi saatlıq müsahibədən yalnız “şəxsi fikirlər”in yayıldığını bildirib.

Tehran Prokurorluğu məsələ üzrə cinayət işi açdığını bəyan edib.

ISNA yarırəsmi xəbər agentliyinin məlumatına görə, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Zərifi çağırıb.

Bu səsyazısı İranda 18 iyun prezident seçkisindən öncə yayılıb. Mötədil Ruhani iki müddətdən sonra vəzifədən getməlidir. Ötən il mühafizəkarlar parlament seçkisində yaxşı nəticə göstəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bulaq” verilişinin əvəzsiz aparıcısı –

Sonrakı məqalə

Prezident İlham Əliyev “Boeing” Şirkətinin prezidentini qəbul edib