Son zamanlar İranla Azərbaycan arasında münasibətlərdə ciddi gərginliklər yaşanıb.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bunun çox ciddi səbəbləri var idi. İranın XİN rəhbərinin Azərbaycana səfərini, Azərbaycan Prezidenti ilə görüşünü çox yüksək qiymətləndiririk. Görüş zamanı gərginliyə səbəb olan mövzular açıq şəkildə müzakirə edilib”, – nazir əlavə edib. (APA)