“İranla müharibə çox real görünür, amma risklər də var” –Ekspert ŞƏRHİ

“İranla müharibə çox real görünür, amma risklər var“.
AzPost bildirir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu qonşu ölkədəki son prosesləri şərh edərkən deyib.
O, bildirib ki, İranda proseslər dekabrın 28-də gözlənilmədən sosial tələblərlə etiraz başlayıb. Bir gün sonra isə İsrailin Baş naziri Netanyhu ABŞ-a getdi, Floridada Trampla görüşdülər. Əvvəldən də elan olundu ki, əsas mövzu İran olacaq. Bu, təsadüf ola bilməzdi.
“ABŞ İran ətrafına ordu yığır. Tramp dünən İranda etirazları qızışdıracaq və İranı daha da zəifləyəcək addım atdı: İranla ticarət edən ölkələrə 25 faiz gömrük rüsumu tətbiq edən qərarı imzaladı. Eyni zamanda, İrandakı amerikalılara öz imkanları ilə iranı dərhal tərk etmək çağırışı etdilər”– deyə ekspert vurğulayıb.
Ekspert bu hucumun Tramp üçün hansı dividentlər gətirəcəyini açıqlayıb: Hucum Venesueladan sonra ikinci böyük neft ölkəsi elə keçirmək, İsrailin (yəhudi lobbisinin) xahişini reallaşdırmaq, diqqətləri Epşteyn sənədlərindən yayındırmaq üçün vacibdir.
ABŞ bununla eyni zamanda Çin və Rusiyaya Yaxın Şərqdə ağır zərbə vurmuş olacaq.
K. Rövşənoğlunun fikrincə, İrana hücumun riskləri də kifayət qədərdir. ABŞ gözlənilməz və sərt müqavimətlə üzləşə bilər. “Çin və Rusiya İrana gözlənilməz kömək edə və ABŞ-ın İrana əməliyyatı fiaskoya uğraya, 1980-vi il Təbəs çolü əməliyyatinda olduğu kimi ABŞ-in bir müddət İrandan çəkindirər. Tehran həmçinin Yaxın Şərqdə ABŞ bazalarını vurmaqla daha ağır zərər vura bilər. Nəhayət, hücumun reallaşması və uğuru üçün həlledici amil daxildəki etirazların pik həddə yuksəlməsidir. Görünür, hazırda ABŞ və İsrail riskləri öyrənməyə çalışır”.
Ekspert qeyd edib ki, İranda iqtisadi vəziyyət yaxşı deyil, amma artıq etirazlar sosial etiraz mərhələsindən keçib, məqsəd hakimiyyəti devirməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.