ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından bəri ən azı 2100 uşaq həlak olub və ya yaralanıb.
Azpost.info-nun mlumatna görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ted Çayba vurğulayıb.
“Yaxın Şərqdə münaqişə 23 gündür ki, davam edir. Regiondakı uşaqlar isə bunun dəhşətli təsirini çəkirlər. İranda 206, Livanda 118 uşaq olmaqla, 2100-dən çox uşaq həlak olub və ya yaralanıb. İsraildə dörd, Küveytdə isə bir uşaq həlak olub”, – deyə o bildirib.
Təşkilat nümayəndəsi döyüşlərin davam edəcəyi təqdirdə ölənlərin sayının artacağı barədə xəbərdarlıq edib.
“Müharibənin başlanğıcından bəri gündə orta hesabla 87 uşaq yaralanıb və ya öldürülüb”, – deyə o vurğulayıb.