İraq XİN:"İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib"

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

APA-nın xəbərinə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, – deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir