İraqda İŞİD dəfn mərasiminə hücum edib –7 nəfər ölüb, 17 nəfər yaralanıb

İraqın şimalında dəfn mərasiminə silahlı hücum nəticəsində azı 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə yerli “Al Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Salahəddin əyalətinin Yasrib şəhəri yaxınlığında İŞİD terror qruplaşmasına bağlı silahlılar tərəfindən həyata keçirilib.

Dəfnlə bağlı xidmət göstərən avtomobilə hücum zamanı ölənlər xidmətin əməkdaşları, mülki şəxslər və İraq təhlükəsizlik xidmətinin nümayəndələridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədədir –

Sonrakı məqalə

Dünya çempionumuz erməni rəqibinə uduzdu, Olimpiada ilə vidalaşdı –