FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədədir –FOTO

Azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrup Türkiyəyə çatıb.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, Türkiyəyə göndərilən şəxsi heyətin sayı 100 nəfərdir.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev azərbaycanlı yanğınsöndürənlərin Türkiyəyə göndərilməsi ilə bağlı tapşırıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avqustun 2-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Sonrakı məqalə

İraqda İŞİD dəfn mərasiminə hücum edib –