İraqın şimalında dəfn mərasiminə silahlı hücum nəticəsində azı 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Bu barədə yerli “Al Sumaria” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum Salahəddin əyalətinin Yasrib şəhəri yaxınlığında İŞİD terror qruplaşmasına bağlı silahlılar tərəfindən həyata keçirilib.
Dəfnlə bağlı xidmət göstərən avtomobilə hücum zamanı ölənlər xidmətin əməkdaşları, mülki şəxslər və İraq təhlükəsizlik xidmətinin nümayəndələridir.