Birinci sinfə qəbul üzrə hazırlıq işləri yekunlaşdırılıbTəhsil Nazirliyi

“Sabah saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyat başlayacaq. 29 apreldən Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir: “Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha bir xəstəxananın direktoru barəsində cinayət işi başlanıb

Sonrakı məqalə

“Baydenin bəyanatının Ermənistana da faydası olmayacaq” –