Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

“İrşad” müştəriyə yeni adı ilə təmir edilmiş məhsul satıb?

Orkhan Ali 09 Oktyabr 2025 - 09:12 (Last updated: 08 Oktyabr 2025 - 21:04)
“İrşad”

“İrşad”

“İrşad” mağazalar şəbəkəsi müştəri şikayəti ilə gündəmə gəlib. AzPost xəbər verir ki, şirkətin Xırdalan filialından “Samsung” paltaryuyan maşın alan müştəri Röyalə Nəsirli İrşad mağazalar şəbəkəsi ilə bağlı ciddi narazılıq bildirib. Şikayətçi deyir ki, 18 sentyabr tarixində aldığı məhsulun barabanı dəyişdirilmiş olub və bu barədə əvvəlcədən məlumat verilməyib. Məhsulun problemli olduğu sonradan üzə çıxsa da, mağaza müştərinin ilkin ödənişi olan 300 AZN-i hələ də geri qaytarmayıb.

Röyalə Nəsirli sosial şəbəkədə yazıb ki, çoxsaylı zəng və şikayətlərinə baxmayaraq, məsələ həll edilməyib və nəticədə əsəb pozğunluğu yaşayıb. O, əlavə edib ki, belə hallar müştəri hüquqlarının kobud şəkildə pozulmasına misaldır.

Mağaza şəbəkəsi isə açıqlama verərək bildirilib ki, sözügedən model vitrində nümayiş olunan məhsul olub və detal dəyişikliyi barədə məlumat verilməyib. Şirkət əlavə edib ki, ödəmə prosesi artıq aparılıb və 10 iş günü ərzində kartlara ödənişin qaytarılması nəzərdə tutulur.

Müştəri isə vurğulayıb ki, “10 iş günü” müddəti həqiqətən aydın deyil, çünki bu müddət artıq yarıdan çox keçib və hələ də ödəniş kartına daxil olmayıb. Sosial şəbəkədə digər istifadəçilər də bu gecikmələrdən narazılıq ifadə edib və mağazanın müştəri xidmətinin keyfiyyətini tənqid ediblər.

Ekspertlər qeyd edirlər ki, qanunvericiliyə əsasən, istehlakçı ödəniş etmiş məhsulu qaytarmaq istədikdə və ya məhsulda qüsur aşkar edildikdə, satıcı istisnasız ödənişi dərhal geri qaytarmalıdır. Azərbaycan Respublikasının “İstehlakçı hüquqlarının qorunması haqqında” qanununda bu müddət 10 iş günü kimi nəzərdə tutulub, lakin praktiki təcrübədə gecikmələr və məsuliyyətsizlik hallarına rast gəlinir.

Müştərilər bildirirlər ki, mağazalar bəzən problemi həll etmək əvəzinə, müştərini blok edir, zəngləri cavabsız qoyur və sosial şəbəkələrdə tənqidlərə reaksiya vermir. Hüquqşünaslar isə vurğulayır ki, belə hallar həm istehlakçı hüquqlarının pozulması, həm də şirkətin reputasiyasına ciddi ziyan vurur.

Röyalə Nəsirli əlavə edib ki, məsələnin ilk gündən həlli həm mağaza, həm də müştəri üçün daha doğru olardı və əsəblərin pozulmasının qarşısı alınardı. Sosial şəbəkədə digər istifadəçilər də oxşar hallardan danışaraq, mağazalardan məhsul alarkən diqqətli olmağı tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Həkim açıqladı: payızda ən faydalı üç tərəvəz
Next: Şişkinlik yaradan qidalar hansılardır?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
Türkiyə və Azərbaycan arasında son aylarda baş verən gərginlik fonunda prezident Ərdoğan Zəfər Günü Azərbaycana səfərə gəldi....
Read more about Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
erdo qayit01
  • Sosial

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.