“İrəvan Qərbə doğru addımlayır, Moskvadan isə uzaqlaşır”- Erməni politoloq

“Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirmək qərarı ölkənin Qərbə doğru növbəti addımı və Rusiyanın təsirindən çıxması kimi qiymətləndirilə bilər”.

Azpost.info xəbər verir ki, bunu İrəvandakı Qafqaz İnstitutunun elmi işçisi, politoloq Qrant Mikaelyan bildirib.

Onun fikrincə, ABŞ-la münasibətləri yaxşılaşdırmaq Ermənistan hökumətinin hədəfidir.

“Ermənistan ilin əvvəlindən ABŞ-la birgə hərbi təlimlər planlaşdırıb. Ermənistanın indiki hökuməti ABŞ-la münasibətləri inkişaf etdirməkdə çox maraqlıdır və bunu açıq şəkildə həyata keçirir. Belə bir qərar Qərbə doğru addım və Rusiyadan uzaqlaşma kimi səciyyələndirilə bilər”, – Mikaelyan qeyd edib.

Erməni politoloq hesab edir ki, Ermənistanın indiki hakimiyyəti bunu hakimiyyətə gəldiyi ilk gündən qarşısına məqsəd qoyub.

O hesab edir ki, Ermənistan və ABŞ arasında birgə təlimlər kütləvi xarakter daşımayacaq, lakin onların keçirilməsi faktının özü artıq böhranda olan Moskva-İrəvan münasibətlərinə mənfi təsir göstərə bilər.

Mikaelyanın fikrincə, qərbyönlü siyasət Ermənistan üçün fəlakətli ola bilər, baxmayaraq ki, bir çox başqa ölkələr bu fikrin səmərəsizliyini sübut edib: “Rusiyada belə bir fikir formalaşıb ki, Ermənistanın onsuz gedəcək yeri yoxdur. Bu isə o deməkdir ki, qərbyönlü siyasət İrəvan üçün fəlakətli olacaq. Bununla qismən razıyam. Amma bu fikir artıq başqa ölkələrdə öz təsirsizliyini sübut edib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.