“İrəvan Rusiya sərhədçilərinin fəaliyyəti ilə bağlı razılaşmaya yenidən baxmayacaq”- Ermənistan XİN

İrəvan Rusiya sərhədçilərinin fəaliyyəti ilə bağlı Moskva ilə razılaşmaya yenidən baxmayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət İran və Türkiyə ilə dövlət sərhədindəki keçid məntəqəsində xidmətdən gedir.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində iştirakı, həmçinin Ermənistan-İran dövlət sərhədindəki buraxılış məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən xidmət haqqında sazişə dəyişiklik və ya sənədə yenidən baxılma nəzərdə tutulmur”, – XİN-dən bildirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.