İş adamları Prezidentə müraciət edib –

“Apellyasiya Məhkəməsinin hakimləri hüquqlarımızı pozub”
16 Yanvar 2020 - 23:22

Azərbaycanda fəaliyyət göstərən İş adamları Xanlar Məmmədov və  Elnur İsgəndərov  Azərbaycan  Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Ədliyyə naziri Fikrət Məmmədova ünvaladıqları birgə müraciətdə onların qanuni haqlarını  təmin etməli olan məhkəmə orqanlarının, bəzi hakimlərin haqsız, ədalətsiz mövqeyindən və qərarından şikayət edilib, tapdanmış hüquqlarının bərpası üçün ali rəhbərlikdən kömək istənilib.

Müraciətdə deyilir:

Cənab Prezident! 

Son illər ərzində  sizin tərəfinizdən insan hüquq və azadliqlarının müdafiəsi,  məhkəmə hüquq sisteminin təkminləşdirilməsi sahəsində bir sıra islahatlar həyata kecirirlib. Qeyd olunan islahatların başlıca məqsədi olaraq qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəcilik mexanizmində nüfuzu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinini həyata kecirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yuksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırırlması nəzəzrdə  tutulmuş və  müsbət nəticələr əldə olunub.  Qeyd olunan islahatlar xalqımız tərəfindən, o cümlədən də bizim tərəfimizdən sevinclə qarşılanmış və Ölkə başçısı İlham Əliyevə  olan inam və  ümüdlərimizin inkşafinda növbəti bir dəstəyə cevrilib.

Şübhəsiz  ki, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşakarlığı, onların mənəvi keyfiyyətləri ilə birbaşa bağlıdır. Lakin bütün bunlara baxmayaraq bir sıra hakimlər, o cumlədən, əsasən  Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və həmin məhkəmənin hakimi İlham Əhmədov aparılan islahatlara zidd olaraq və  ozünün şəxsi maraqlarını hakimlik vəzifəsindən üstun tutaraq, ayrı -ayrı məmurların şəxsi sifarişlərinin yerinə yetirilməsinə daha önəm vermiş, qeyri –qanuni qərarların qəbul edilməsinə təşəbbus ğöstərmişlər.

Belə ki, Sahibkar Məmmədov Xanlar Nüsrəddin oğlu və digər sahibkar  İsgəndərov Elnur Ramiz oğlu ilə “Standart Lizinq” MMC və “Yuqo Holdinq ” MMC arasinda müxtəlif vaxtlarda,  üçtərəfli alqı-satqı müqavilələrinə və Daxili Maliyyə Lizinq müqavilələrinə əsasən  20 ədəd yuk nəqliyyat vasitələrini “Standart Lizinq” MMC öz şəxsi vəsaiti hesabına “Yuqo Holdinq ” MMC -dən almalı və Sahibkar Məmmədov Xanlar Nüsrəddin oğluna və digər sahibkar İsgəndərov Elnur Ramiz  oğluna təhvil verilməli idi.

Bütün bunların müqabilində 20 ədəd  yuk nəqliyyat vasitələrinə görə “Standart Lizinq” MMC-nin guya bizim ücün ayirdiqları kreditin ümumi məbəği olaraq 860 250   (cəkkiz yüz altımış min iki yüz əlli)  AZN əsas məbləğ  və  264 638 (iki yüz altmış dörd  min altı yüz otuz cəkkiz) AZN 3 illik faiz məbəği, cəmi 1 124 888 ( Bir milyon bir yüz iyirmi dörd min səkkiz yüz səksən səkkiz) AZN ödənməli idi.

Bunun müqabilində “Standart Lizinq” MMC- nin göstərişinə əsasən hələ ayrı-ayrı müqavilələr bağlanmamışdan 5-10 gün əvvəl satıcı olan “Yuqo Holdinq ” MMC-yə maşınların dəyərinin 60-70 faizi qədər əvvəlcədən avans olaraq, cəmi maşınların dəyəri olan 865000 AZN- nin 60%- dən artıq 528000 AZN avans olaraq pul ödəmişik və 12.12.2014 –cu il tarixinə 521 900 AZN “Standart Lizinq” MMC –yə ödənilib. Bundan əlavə bizə verilmiş 20 ədəd yuk nəqliyyat vasitələrindən 6 ədədi “Standart Lizinq” MMC  tərəfindən qaçırılmışdır.

İş üzrə məhkəmə zamanı iki dəfə nəqliyyat vasitələrinin  qiymətləndirmə ekspertizaları kecirilmiş və ekspertizanın 05.09.2016- cı il tarixli rəyində  hər maşın 53 000 AZN, 03.10.2018- ci il tarixli rəyində  63 000 AZN qiymətləndirilmişdir. Orta hesabla hər maşın ücün 57 000 AZN hesablanarsa “Standart Lizinq” MMC- yə qaytarılan  6 ədəd nəqliyyat vasitəsinin dəyəri 342 000 (üc yuz qirx iki min ) AZN təşkil edir.

Yuxarida qeyd olunan toplam məbləği nəzərdən kecirdikdə müəyyən olunur ki, 1 124 888 ( Bir milyon bir yüz iyirmi dörd min səkkiz yüz səksən  səkkiz) AZN məbğin əvəzində bizdən  1 386 980 AZN, yəni 262 092( iki yüz altmış iki min doxsan iki) AZN  əlavə pul alınıb. 

384 730 manat məbləğin qaytarılmasını təsdiq edən məxaric qəbzlərinin əsilləri cavabdeh “Yuqo Holdinq” MMC-dən tələb olunsa da, məhkəmə qərəzli surətdə bunları tələb etməmişdir…”

Müraciətdə sonra qeyd olunur ki, bütün qeyd olunan məbləğlər iş üzrə sübuta yetirilib və Ali Məhkəmənin qərarında da  öz təsdiqini tapmasına baxmayaraq,  işə baxan Apellyasiya Məhkəməsinin hakimi İ. Əhmədov  bu sübutları nəzərə  almayıb, Ali Məhkəmənin göstərişlərini yerinə yetirməyib. Əksinə kənardan olunan   tapşırıqlar əsasında işə baxan məhkəmə qarşı tərəfin  subutlara deyil, heç bir sübutu olmayan  dəlillərə ustunluk vermişdir: “Belə ki, “Standart Lizinq” MMC yük-nəqliyyat vasitələrinin əldə olunması üçün zəruri olan vəsaitin üçtərəfli alqı-satqı müqaviləsinə əsasən alıcı qismində çıxış edən “Standart Lizinq” MMC tərəfindən satıçı  “Yuqo Holdinq” MMC-yə ödənildiyini bildirmişlər. Eyni zamanda, müxtəlif tarixlərdə bağlanmış üçtərəfli alqı-satqı müqavilələrinin 2.2-ci maddəsinə əsasən Alıcı (“Standart Lizinq” MMC) bu müqavilə üzrə əmlakın 100 faiz dəyərini müqavilə bağlandığı tarixdən 10 (on) iş günü ərzində Satıcının hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür.

 Qeyd olunanları nəzərə alaraq tərəfimizdən 02.07.2012-ci il tarixli № AS 231 saylı alqı-satqı müqaviləsi üzrə 09.07.2012-ci il tarixli № AS saylı 237 alqı-satqı müqaviləsi üzrə,  26.09.2012-ci il tarixli № AS 290 saylı alqı-satqı müqaviləsi üzrə, 01.11.2012-ci il tarixli № AS 302 saylı alqı-satqı müqaviləsi üzrə, 04.02.2013-cü il tarixli № AS 326 saylı alqı-satqı müqaviləsi üzrə Alıcı “Standart Lizinq” MMC satıcı “Yuqo  Holdinq” MMC-yə  ödənilmiş pul məbləğləri barəsində rəsmi sənədləri (ödəniş tapşırıqları və s.) cavabdeh “Standart Lizinq” MMC-dən tələb etsək də, məhkəmə bilərəkdən buna əhəmiyyət verməmişdir.

 Belə məlum olur ki,  “Standart Lizinq” MMC yük maşınlarının alınması üçün “Yuqo Holdinq ” MMC-yə pul ödəməmiş, bizim tərəfimizdən “Yuqo Holdinq ” MMC-yə,  “Standart Lizinq” MMC-nin göstərişinə əsasən avans olaraq ödədiyimiz pulun müqabilində yük maşınlarını satıcı“Yuqo Holdinq ” MMC-dən almış, bizə yenidən lizinq yolu ilə satış etmişdir. 

Eyni zamanda, cavabdeh tərəf olan “Yuqo Holdinq” MMC 523 080 AZN-nin  ilkin ödəniş kimi  onlar tərəfindən 384 730 manat məbləğinin bizə qaytarıldığını bildirmişlər. Bununla əlaqədar, 384 730 manat məbləğin bizə qaytarılmasını təsdiq edən məxaric qəbzlərinin əsilləri cavabdeh “Yuqo Holdinq” MMC-dən tələb olunsa da, məhkəmə qərəzli surətdə bunları tələb etməmişdir. 

Bununla yanaşı bildirmək istəyirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı ilə hazırkı iş üzrə araşdırma aparan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən bir sıra nöqsanların olduğu və ziddiyyətli məqamlara yol verildiyi göstərilərək  bildirilmişdir ki, işə yenidən baxlarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalıdır.

 Belə ki, Ali Məhkəmənin qərarında göstərilən, “İddiaçıların kassasiya şikayəti tam təmin olunmalıdır” qərarına heç bir əhəmiyyət verilməmişdir. Eyni zamanda, iş materiallarına əsasən iddiaçılar tərəfindən  “maşınların alınması üçün satıcıya avans olaraq ödənilmiş 528 000 manat pulun Lizinq ödənişlərinə aid edilməli olması barədə” qərarına,  “İddiaçılar tərəfindən “Standart Lizinq” ММC- yə 660250 manat ödəniş edildiyi halda dəyəri tam ödənilmiş Lizinq obyektlərinin iddiaçıların mülkiyyətinə verilməlidir” qərarına, “İş üzrə təyin edilmiş iddiaçıların “Standart Lizinq” MMC–yə borc barədə və qiymətləndirilməsi barədə təkrarən 2 dəfə ekspert rəyləri verilmiş, MPM- nin 88- ci və 103- cü maddələrinə əsasən düzgün qiymətləndirmə təmin edilməlidir” qərarına da əhəmiyyət verməmişdir”.

Müraciətdə qeyni zamanda qeyd edilir ki, ümumiyyətlə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır: “Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktından işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla da işə baxan məhkəmə çox qərəzli, dövlətin, onun qanunlarına zidd olan qeyri-qanuni qətnamə qəbul etməklə faktiki olaraq, özünün şəxsi maraqları çərçivəsində dövlətə, onun büdcəsinə xələ gətirmək istəyən bir şəxsə-iddiaçıya dəstək vermiş, onun iddasını təmin etmişdir”.

Müraciət müəllifləri sonda dövlət başçısından qanunun aliliyinin təminatçısı kimi  haqqın, ədalətin bərpa olunmasına köməklik etməyi, mübahisəli işə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun baxılmasını Azərbaycan Respublikası Ali Məhkəməsindən tələb etməklə qanunun aliliyinin təmin edilməsinə, MPM-nin 421.2- ci maddəsinə əsasən işə baxan hakim İlham Əhmədov barəsində xüsusi qərardad çıxarılmasına göstəriş verməyi xahiş edirlər. (Etikxeber.az)