İsa Qəmbər və Arif Hacılı deputatlığa namizəd olmayacaq

Müsavat Məclisinin sədri Arif Hacılı da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini verməyəcək.

O, APA-ya açıqlamasında bildirib ki, belə bir planı yoxdur.

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə İsa Qəmbər özü məlumat verib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, – deyə o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.