İşçinin ezamiyyət pulunu ödəməyən vəzifəli şəxslər cərimələnəcək

İşçinin ezamiyyət xərclərini və müavinətlərini ödəməyən vəzifəli şəxslər cərimələnəcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işçinin ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lotereyada 1 milyon funt-sterlinq udan keçmiş futbolçunun sevinc anı –

Sonrakı məqalə

“Kral Şir” cizgi filmində məşhur mahnını oxuyan ifaçı vəfat edib