“Kral Şir” cizgi filmində məşhur mahnını oxuyan ifaçı vəfat edibVİDEO

Məşhur “Kral Şir” cizgi filminin əsas saundtreki olan The Lion Sleeps Tonight mahnısını ifa etmiş Filip Marqo vəfat edib.

Azpost.info bildirir ki, Marqo 79 yaşında ürək çatışmamazlığından Los-Ancelesin xəstəxanasında dünyasını dəyişib.

“Tokens” qrupunun solisti olmuş Marqo bu hit mahnını 1961-ci ildə ifa edib. 1994-cü ildə Disney studiyasında çəkilmiş “Kral Şir” cizgi filmində bu mahnı əsas ifa olub və yenidən populyarlaşıb.

1961-ci ildə bu mahnı yazılarkən ifaçılar onun uğur qazanacağına əmin deyildilər. Amma mahnı 3 həftə radio çartlarında birinci yerdə qaldı. Mahnının yeni populyarlığı isə “Kral şir” cizgi filminin təqdimatından sonra oldu. Bu isə ifaçıları sevindirib. “Mahnı, onunla bərabər biz də müasirləşdik. Bu məni heyrən edir”-deyə Filip Marqo bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşçinin ezamiyyət pulunu ödəməyən vəzifəli şəxslər cərimələnəcək

Sonrakı məqalə

Ötən sutka dünyada 600 min nəfər koronavirusa yoluxub