Ramil Salmanov adlı vətəndaş qanunsuz olaraq işdən çıxarılmasından şikayətçidir. AzPost xəbər verir ki, vətəndaş idda edir ki, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə onu əsasız olaraq işdən çıxarıb.
O, bildirib ki, Vasif Qurbanzadə vəzifəsindən su-istifadə edərək onu çalışdığı İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edib.
Birinci Qarabağ müharibəsi qazisi olan Ramil Salmanov məsələ ilə bağlı cari ilin yanvar ayında Mədəniyyət naziri Adil Kərimlinin qəbulunda olub. Nazir ona işə bərpa olunacağı ilə bağlı vəd versə də bu günə kimi işinə qaytarılmayıb.
Qeyd edək ki, işdən azad olunan şəxs həm də əlildir. Eyni zamanda oğlu XTQ-də xidmət edir və hazırda çox çətin vəziyyətdədir.
“Vasif Qurbanzadə istədiyi adamları işlə təmin edir, amma mən kredit və borc içində qalmışam. Sizdən artıq dərəcədə xahiş edirəm mənim işimə qaytarılmağıma göstəriş verəsiniz”- deyə vətəndaş nazir Adil Kərimliyə müraciətində bildirib.
Qeyd edək ki, bu gen 15 Aprel Beynəlxalq Mədəniyyət günüdür.