İşə düzəltmək adı ilə dələduzluq edən şəxs həbs olundu

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 56 yaşlı Tahir Rəhimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, ayrı-ayrı vətəndaşları əsasən dövlət qurumunda işə düzəltmək və işçi müqaviləsinin müddətini artırmaq kimi yalan vədlərlə aldadaraq həmin şəxslərin xeyli miqdarda maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, T.Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.