İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır –Türk həkimləri konsilium keçirib (AÇIQLAMA)

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır.

Azpost.info bildirir ki, bu barədə tibb elmləri doktoru Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, dünən City Hospitalın və Türkiyədən olan həkimlərin birgə konsiliumu keçirilib: “Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi”.

A.Qeybulla deyib ki, hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır: “Koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polis İlqar Məmmədovu və daha bir neçə nəfəri saxlayıb

Sonrakı məqalə

Şəhid olmuş hərbi qulluqçumuz Gəncədə dəfn edilib