“İşğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil” –Dövlət başçısı

“Biz indi, ilk növbədə, hansı kəndlərin bərpa olunacağını və bundan ötrü nə etmək lazım olduğunu müəyyən edirik. Həmçinin mənim tapşırığımla, artıq keçmiş köçkünlər arasında sorğuya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilirsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsa onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-belə, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndinə köçüb getməyə və orada yaşamağa hazırlaşıram”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, buna uyğun olaraq, maliyyə məsələləri və bütün digər məsələlər həll ediləcək: “Əks halda, mən öncəgörənlik etmək istəmirəm, lakin bilirəm ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahəsi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər” –

Sonrakı məqalə

Koronavirus yayılandan sonra adi qrip yoxa çıxıb –