Bu gün vəfat etmiş Azərbaycanın sabiq Daxili İşlər naziri, istiqlalçı deputat İsgəndər Həmidov Sulutəpədə həyat yoldaşı Rəna xanımın yanında dəfn olunacaq.
Bunu özünün “Facebook” sosial şəbəkəsində İsgəndər bəyin qardaşı oğlu Şəhriyar Məcidzadə yazıb.
“Onu da itirdik. Saat təxminən 11-də “Göy məscid”də olacağıq. Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək. Yas mərasimi Badamdarda “Bəyoğlu”nun yanındakı mərasim zalında olacaq” , – deyə Ş.Məcidzadə bildirib.