“Yaxın 20 ildə neftə olan tələbat artacaq” –Rusiyanın Energetika naziri

Rusiyanın Energetika naziri Aleksandr Novak növbəti 20 ildə dünyada karbohidrogen iqtisadiyyatının qalacağına inanır. Üstəlik, neftə tələbat artacaq.

“Vesti.ru”nun məlumatına görə, dünyanın ən böyük ölkələrindən bir çoxu elektromobil və buna bənzər nəqliyyat vasitələrinə keçir. A. Novak vurğulayıb ki, buna baxmayaraq, onlar neftdən imtina etməyəcəklər. Belə ki, bu cür avtomobillər üçün elektrik enerjisi istehsal edilməlidir, bunun üçün qaz və ya kömür istifadə olunur, ya da külək, günəş və hidroenerji kimi bərpa olunan mənbələrdən.

Xatırladaq ki, bundan əvvəl A. Novak Rusiyanın 30 illik neft və 100 illik qaz ehtiyatlarına malik olduğunu bildirmişdi. Bu gün qlobal enerji balansındakı karbohidrogenlərin payı 85%-dir. 15 ildən sonra onun payı 75%-ə enəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

Sonrakı məqalə

İsgəndər Həmidov həyat yoldaşının yanında dəfn olunacaq –